Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı 

Bank “BTB” “Premium” və “Ticarət” filialının bağlanması və 50-dən çox işçisinin ixtisar olunmasına münasibət bildirib.

Bank BTB-nin Marketinq departamentinin direktoru Fuad Cəfərov Oxu.Az-a bildirib ki, Bank “BTB” müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da optimallaşdırır.


“Bank “BTB” xidmət nöqtələrinin daha rahat məkanda seçilməsinə xüsusi diqqət verir. Bu səbəbdən xidmət şəbəkəsinin korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən, yeni avadanlıqlarla təchiz olunan xidmət nöqtələrinin istifadəyə verilməsi üzərində artıq intensiv işlərə başlanılıb.


Buna misal olaraq, qeyd edə bilərəm ki, müasir standartlara cavab verən “Gənclik” filialı 2019-cu ilin sonlarında müştərilərin istifadəsinə verilib”, – deyə Bank “BTB”nin Marketinq departamentinin direktoru Fuad Cəfərov bildirib.


Fuad Cəfərov əlavə edib ki, yuxarıda qeyd edilən standartlara cavab verən “Azadlıq” filialı və digər yeni filialların yaxın zamanlarda müştərilərin ixtiyarına verilməsi planlaşdırılır.

 

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər