"Azərbaycanda buğda istehsalında bu rayonlar liderlik edir" -Dövlət Statistika Komitəsi
Azərbaycanda 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1021987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Faktinfo.az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Oda qeyd edilir ki,ən çox buğda bitkisi Cəlilabad (56449,3 ha), Şəki (32318,6 ha), Şamaxı (29321,4 ha), Füzuli (29321,0 ha), İsmayıllı (22495,0 ha), Hacıqabul (21978,9 ha) və Ağcabədi (19654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34825,7 ha), Kürdəmir (32996,4 ha), Şəki (32964,4 ha), Biləsuvar (22568,1 ha), Ağsu (18921,0 ha), Goranboy (14450,0 ha) və Füzuli (12518,3 ha) rayonlarında səpilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın