AZƏRBAYCANDA DAHA BİR ŞİRKƏT BAĞLANDI - Yüzlərlə ixtisar gözlənilir
“Şirvan OIL” şirkətinin podratçı təşkilatı olan “Shirvan Drilling Limited” bağlanıb.Bu barədə APA.az-ın Mil-Muğan bürosuna “Shirvan Drilling Limited” şirkətinin prezidenti Elxan İsmayılov məlumat verib.
Şirkət rəsmisinin sözlərinə görə, “Şhirvan Operating Company Limited”-in rəhbərliyi podratçı təşkilatın (“Shirvan Drilling Limited”) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Buna səbəb COVID-19 pandemiyasının dünya neft bazarına təsiri və bunun nəticəsində neftin qiymətinin aşağı düşməsi olub: “Nəticədə “Şirvan Operating Company Limited”in maliyyə öhdəliklərini yerinə yetirməsində problemlər yaranıb. Ona görə də şirkətdə çalışan 900 nəfər işçi heyəti ilə müqavilələrə yenidən baxılacaq. Hələlik hansı addımlar atılacağı məlum deyil. Mümkün olsa, hamı işlə təmin ediləcək. Amma indidən hansı qərarın qəbul olunacağını deyə bilmərəm”.
Şirkətdə çalışan fəhlələr isə bildirirlər ki, 286 nəfər fəhlə ilə müqavilələrə xitam verilməsi gözlənilir. Yaranmış vəziyyətə etiraz edən fəhlələr şirkətin baş ofisinin qarşısına yığışaraq rəhbərliklə yaranmış vəziyyəti müzakirə etməyə çalışırlar.
Qeyd edək ki, “Shirvan Drilling Limited” podratçı şirkət kimi qazma işləri, quyularda yeraltı və əsaslı təmir kimi işlərini yerinə yetirmək üçün 8 ay əvvəl yaradılıb. İşçi kontingenti “Azerbaijan Global İnvestments” (AGI) şirkətinin strukturuna daxil olan “Shirvan Operating Company Limited” və “Karasu Operating Company Limited”-ən işçiləri köçürülməklə formalaşıb.
“Shirvan Operating Company Limited”-in prezidenti Vladimir Davlyatov APA-nın suallarına cavab verməkdən imtina edib.
Bu xəbər üçün şərh yazın