ADY-də dəmiryolçuların sayı ilbəil azalır
«Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyətinin işçiləri ilbəil azalmaqdadır.
Bu barədə rəqəmlər qurumun əsas fəaliyyət göstəriciləri ilə bağlı hesabatında yer alıb. Hesabatla ADY-nın saytında tanış olmaq mümkündür.
Həmin hesabata görə, bu ilin birinci rübündə ADY-də işçilərin ümumi sayı 5922-yə düşüb. Halbuki, ötən ilin sonunda bu rəqəm 6129 olub.
Hesabata görə, 2017-ci il ərzində də 1300-dən çox şəxs iş yerlərini itirib. 2016 və 2015-ci ilin hər birində isə bu qurumda 300-dən çox işçi ilə yollar ayrılıb./Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın