
Azərbaycanda dollara tələb artıb –Hərrac keçirilib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Faktinfo.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 64,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 2,9% və ya 1,8 mln. dollar artıb.
Bununla yanaşı, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın