Azərbaycanda dollara tələbat kəskin artdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 52,3% və ya 20,3 mln. artıb.
Hərracda manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın