Azərbaycanda əhalinin 80 faizə qədəri tibbi xərcləri özü ödəyir - Dünya Bankı

Azərbaycanda əhalinin 80 faizə qədəri tibbi xərcləri özü ödəyir - Dünya Bankı 

"Azərbaycanda əhali tibbi xərclərin 80 faizə qədərini özü ödəyir".

Dünya Bankının hesabatından bu nəticəyə gəlinib.

Ötən il bir çox ölkədəki ölüm sayındakı artım koronavirusdan vəfat edənlərin sayındakı artımdan çox olub. Bu, beynəlxalq praktikada, əsasən, koronavirus və pandemiya nəticəsində səhiyyə sisteminin yüklənməsi ilə izah edilir. Ancaq burada iqtisadi durumun pisləşməsini də gözardı etmək olmaz.

Dünya Bankının ötən il Azərbaycanla bağlı yayımladığı "Sağ qal, öyrən, inkişaf et"adlı hesabatda qeyd edilirdi ki, ölkədə tibb xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu göstəricinin 20 faiz həddində olmasını tövsiyə edir.

Dünya Bankının bir neçə il öncə yayımlanan digər hesabatında da qeyd edilirdi ki, Azərbaycanda əhalinin ən çox gəlir əldə edən 10 faizlik qrupla ən az gəlir əldə edən 10 faizlik qrupun səhiyyə xərcləri arasında 8 dəfəyədək fərq var.Rəsmi rəqəmlərə görə, ölkə insanların gəlirlərinin azaldığı, işsizlərin sayının 50 faizədək artdığı və 600 min insanın pandemiyaya görə gəlirini itirməsi ilə əlaqədar 190 manat ödəniş aldığı bir şəraitdə, tibbi xərclərin ertələnməsi və ya bütövlükdə gerçəkləşdirilə bilinməməsi də insanların səhhətinə təsir göstərir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi