“Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər” –Nazirlik rəsmisi anons verdi
“Həftə sonları tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi aylıq karantin rejimi ilə də əvəz edilə bilər. Bütün ssenarilər mümkündür. Dövlət qurumları, Operativ Qərargah mövcud aktual vəziyyətə reaksiya verir”.
Bunu mətbuata açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Şöbə müdiri yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçidin qaçılmaz olacağını bildirib:
“Əgər aparılan təhlillər, araşdırmalar yoluxma, ölüm hallarının kəskin artmasını göstərirsə, eyni zamanda əhali arasında aparılan müşahidələr sanitar-gigeyenik normalara əhali, biznes sahibləri tərəfindən tam riayət edilməməsini göstərirsə, kollektiv yoluxma halları baş verirsə, ona uyğun sərtləşdirilmiş tədbirlər ilə bağlı qərarlar qəbul oluna bilər və olunmalıdır da. Bəli, hal-hazırda yoluxma halları artıbdır. Deməli, aprelin sonu mayın əvvəli ilə müqayisədə yoluxma təxminən 300 civarındadır. Yoluxma sayı artıbdır, amma stabil rəqəm saxlanılır. Yəni, 400-500-ə qalxmayıb.
Bu xəbər üçün şərh yazın