Azərbaycanda iki uşaq anası olan 24 yaşlı qadın "patı"dan ölüb

Azərbaycanda iki uşaq anası olan 24 yaşlı qadın "patı"dan ölüb 

Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (“patı”) dünyasını dəyişib.

Bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi