Azərbaycanda ölüm hökmü bərpa oluna bilər
Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv edilib.
Lakin ölkəmizdə elə dəhştəli cinayətlər baş verir ki, ictimaiyyət onlara qarşı ölüm cəzasının bərpasını tələb edir.
Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a danışan millət vəkili Fazil Mustafa bildirib."Ölüm hökmünün bərpası məsələsi ölkəmizdə nə vaxtsa müzakirəyə çıxarıla bilər,"-deyə deputat bildirib.
Faktinfo.az onu da xatırladır ki,arxada qoyduğumuz ildə bir neçə dəfə,həmçinin son günlər Rusiyada ölüm hökmünün bərpasının vacibliyi ilə bağlı Duma deputatları müzakirələr açıblar. Onlar ölüm hökmünün onlarla dövlətdə mövcudluğunu əsaslandıraraq bir çox qorxulu cinayətlərin statiskasının aşağı olduğunu əsas gətirirlər.O cümlədən bildirilir ki, xüsusilə təhlükəli canilərə (əsasən pedofillərə qarşı – red.) ölüm hökmü tətbiq edilməlidir.
Bu xəbər üçün şərh yazın