Azərbaycanda orta aylıq əmək haqqı 40 qəpik artdı

Azərbaycanda orta aylıq əmək haqqı 40 qəpik artdı – RƏSMİ

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724 manat 40 qəpik olub.

Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-may) müqayisədə 40 qəpik artıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724 manat olub. Əvvəlki oilin eyni dövrü ilə müqayisədə isə orta aylıq nominal əmək haqqı 4 manat 40 qəpik artıb.

Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

Yanvar – 690,9 manat

Yanvar-Fevral – 692,3 manat

Yanvar-Mart – 713,2 manat

Yanvar-Aprel – 722,3 manat

Yanvar-May – 724 manat

Yanvar-İyun – 724,4 manat

/Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi