Azərbaycanda sosial sığorta kartlar ləğv edilir
“Azərbaycanda sosial sığorta kartların ləğv olunması planlaşdırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda bildirib.
Onun sözlərinə görə, kartların ləğvi üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilməsi zəruridir:
“Qanunvericiliklə bağlı son mərhələ qəbul olunandan sonra sosial sığorta kartlar dövriyyədən çıxarılacaq. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial sığorta kartların nömrələri ilə artıq uyğunlaşdırılıb”.
“Dövlət sığorta kartlarının nömrəsi yenə qalacaq, amma karta ehtiyac qalmayacaq” , - deyə o əlavə edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın