Azərbaycanda Türkiyə kontingentinin sayını Ərdoğan müəyyən edəcək

Azərbaycanda Türkiyə kontingentinin sayını Ərdoğan müəyyən edəcək 

Türkiyə parlamenti Azərbaycana türkiyəli hərbçilərin göndərilməsi məsələsinə baxır. Məsələ parlamentə prezident Ərdoğan tərəfindən çıxarılıb.

Belə aktın qəbulu Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında atəşkəs rejiminə əməl olunmasının monitorinqində iştirak etmək zərurətindən irəli gəlir.

Monitorinq məqsədilə birgə mərkəz yaradılır. Azərbaycanın təklifi ilə mərkəzdə Türkiyə və Rusiyanın birgə iştirakı planlaşdırılır.

Türkiyə KİV parlamentin nəzərdən keçirdiyi sənəd layihəsini dərc edib. Birgə Mərkəzin yeri Azərbaycan tərəfindən müəyyən ediləcək. Orada türkiyəli hərbçilərlə yanaşı mülki mütəxəssislər də iştirak edə bilər.

Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsi üçün hüquqi bazanı 16 avqust 2010-cu ildə imzalanmış "Strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş" təşkil edir.

Bundan əlavə, Türkiyə hərbçiləri missiyası Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in prinsiplərinə uyğundur.

"Mərkəz region xalqlarının sabitliyinə və rifahına xidmət edəcək, həmçinin biizm milli maraqlarımıza uyğundur", - sənəddə qeyd olunur.

Türkiyə hərbçilərinin qalma müddəti, işçi heyətinin sayı Türkiyə prezidenti tərəfindən müəyyən ediləcək. Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi 1 il müddətinə nəzərdə tutulur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər