Azərbaycanda Türkiyəyə yardım kampaniyası başladı

Azərbaycanda Türkiyəyə yardım kampaniyası başladı 

MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyası elan edib.

Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a Mədəniyyə Komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Millət vəkili bildirib ki, həmkarının çağırışına ilk dəstək verənlərdəndir və artıq bu kampaniyaya 1000 AZN ianə edib:

“Həmkarlarımı, iş adamlarımızı, imkanı olan hər kəsi mümkün miqdar ianə etməyə çağırıram.

Azərbaycan Qızıl Ayparasının onlayn bank kartı vasitəsilə ianə etmək üçün bu linkdən istifadə edə bilərsiniz:

- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən yararlanmaq olar.

- SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

- Elektron pul kisəsi vasitəsi ilə “hesab.az” saytından ianə etmək mümkündür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi