
Azərbaycanda valyuta hərracında dollara tələb artıb
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ABŞ dollarına tələb iyulun 16-na nisbətən 2,9 milyon ABŞ dolları və yaxud, təxminən, 5,1% artaraq 59,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın