Azərbaycanda yumurtanın qiyməti iki dəfə qalxdı
Bölgələrdə kənd yumurtası bahalaşıb.
Bölgələrdə bir müddət əvvəl 15 qəpiyə qədər ucuzlaşan kənd yumurtası bu günlərdə 2 dəfəyədək bahalaşıb. Hazırdayumurta alıcılara 25-30 qəpiyə təklif edilir. Satıcıların sözlərinə görə, yumurtanın qiyməti ötən illə müqayisədə bu il daha çox artıb. Ötən il bu vaxtlarda kənd yumurtası 20 qəpiyə satılıb.
Qiymətin artması alıcılıq qabiliyyətinə də təsir edib.
Satıcılar bildirirlər ki, yumurtanın bahalaşmasına səbəb ev quşları üçün olan yemlərin qiymətinin artmasıdır.
Fabrik yumurtasında isə qiymət artımı müşahidə edilmir. Hazırda bu yumurta 12 qəpiyə satılır/XəzərTV.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın