Azərbaycandakı ölümcül virusla bağlı dəhşətli faktları açıqladı:

Azərbaycandakı ölümcül virusla bağlı dəhşətli faktları açıqladı: “Sirr kimi gizlədilir”

Xəbər verdiyimiz kimi, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə bu il quş qripi ölkədə çox geniş formada yayılıb. İlin əvvəlindən indiyədək quş qripindən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

Nəzərə alsaq ki, İran qonşu ölkələrimizdən biridir, xəstəliyin ölkəmizdə yayılması fikri əhali arasında böyük təşvişə səbəb olur.

Bununla bağlı Yeni Sabah.az-a  danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, məsul qurumlar bu ehtimalın qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirmirlər:

“Əlbəttə ki, bu virusun ölkəmizə gəlmə ehtimalı var. Əhalidən çoxsaylı zənglər gəlir ki, bəzi broyler şirkətlərində milyonlarla toyuq ölümü baş verir. Bu isə cəmiyyətdən sirr kimi gizlədilir. Orda işləyən insanlar isə bizdən tələb edirlər ki, nə üçün bu quşçuluq fabriklərində monitorinqlər aparılmır? Daha çox "Giləzi" quşçuluq fabrikinin adını çəkirlər. Onlar narahatdırlar ki, bu xəstəlik toyuqların yumurtalarına da keçə bilərmi? Əhaliyə məsləhət görərdim ki, daha çox məhsulların üzərində öz firmalarının adının qeyd olunduğu malları istehlak etsinlər. Bu işlərə vaxtilə Səhiyyə Nazirliyi tərəfindən yaxşı nəzarət olunmadı. 

Mən bir neçə il öncə xarici ölkədən öz ölkəmizə gəlirdim. Həmin dövrdə isə Azərbaycanda quş qripi var idi. Təyyarədə bizə anket payladılar ki, qızdırmanız nə qədərdir və s. Mən düşünürdüm ki, təyyarədən düşən kimi məni qarşılayacaqlar. Çünki quş qripinin bütün əlamətlərini yazmışdım. Lakin məni heç kim qarşılamadı. Məlum oldu ki, o anket yalançı bir prosedur imiş”. 

Ekspert həmçinin bildirib ki, burda əsas yük Qida Təhklükəsizliyi Agentliyinə düşür. Onun fikrincə, qurum əhalini məlumatlandırmalı, monitorinqlər keçirməlidir". 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi