“Azərbaycanın dağ xüsusi təyinatlıları regionun ən güclüsüdür...” - VİDEO

“Azərbaycanın dağ xüsusi təyinatlıları regionun ən güclüsüdür...” - VİDEO 

Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm qələbə beynəlxalq müstəvidə siyasətçilər, eləcə də hərbi mütəxəssislər və politoloqlar tərəfindən müzakirə olunmaqdadır və hələ uzun müddət də müzakirə olunacaq.

Tanınmış rusiyalı politoloq Ruslan Kurbanov Rusiyadakı internet televiziyalarından birinə verdiyi açıqlamada Qarabağ savaşında Azərbaycanın qələbəsini şərtləndirən bir neçə məqama toxunub: “Biz görürük ki, 44 gün ərzində tamamilə yeni geopolitik reallıq yaradıla bilər. Nə qədər ki, Trampla Bayden “Ağ Ev”i bölüşdürürdü, Avropa “covid”-lə mübarizə aparırdı, sərhədləri bağlayırdı, 44 günə Cənubi Qafqazda yeni reallıq yarandı. Kim tərəfindən? “Bayraktar”lar, Şuşanı götürən dağ xüsusi təyinatlıları və Prezident Əliyev tərəfindən, hansı ki, 3 dildə müxtəlif auditoriyalara bütün erməni media imperiyasını qabaqlayaraq, daha dəqiq siyasi gündəm təqdim edirdi. O, Azərbaycan dilində öz əhalisilə, rus dilində Rusiya əhalisi və elitasıyla, ingilis dilində isə Avropa və Amerika elitasıyla danışırdı.”

“Altair” Fondunun direktoru və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi olan politoloq bildirib ki, Azərbaycan bir çox cəhətlərinə, həmçinin dağ xüsusi təyinatlı hərbi birləşmələrinin səviyyəsinə görə regionda lider ölkədir: “Əgər sizin müxtəlif səviyyəli resurslarınız varsa və onlar regionun ən yaxşılarıdırsa – “Bayraktar”-lar regionun, hətta dünyanın ən yaxşısıdır, Şuşanı götürən dağ xüsusi təyinatlıları regionun ən güclüsüdür və nəhayət, Prezident Əliyev siyasətçi, diplomat olaraq, özünü Cənubi Qafqazın ən güclü siyasi fiquru kimi göstərdi, üstəgəl də, əlbəttə ki, Bakının neft büdcəsi - beləliklə, bu açar faktorların birləşdirilməsi qələbəni təmin edir...”

Bu, Azərbaycanın qələbəsini konkret və mahiyyəti tam açmaqla izah edən ilk mütəxəssis rəyi deyil. Və göründüyü kimi, ermənilərin bütün yalan təbliğatına rəğmən, dünyada Azərbaycanın qələbəsini təmin edən amillərin nədən ibarət olduğunu anlayanlar kifayət qədər çoxdur.

Cəlal Məmmədov

“AzPolitika.info”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi