Azərbaycanın iqtisadi inkişafı, azad edilmiş əraziləri dirçəltmək imkanı ilə yanaşı, ölkəmiz üçün yeni əməkdaşlıq prespektivləri yaradır
Ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunmuşdur.
Paytaxtla yanaşı regionların inkişafını daim diqqətdə saxlayan dövlət başçısı cənab İlham Əliyev tez-tez bölgələrə səfərlər edir, regionlarda infrastruktur layihələrin inşası istiqamətində mühüm işlər görülür. Regionların Sosial-Iqtisadi Inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.
Respublikamızın digər bölgələri kimi Füzuli rayonunda da Regionların Sosial –iqtisadi Inkişafı Dövlət Proqramı uğurla icra olunmuşdur. Rayonda iri infrastruktur layihələr inşa olunmuş, yollar asfalt döşəmələrlə təmin olunmuş, qazlaşma və elektik enerjisi ilə təminat 100% -ə çatdırılmışdır. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. Ölkə başçısının sərəncamı ilə Horadiz şəhərinin və ətraf kəndlərin içməli su sistemi yenidən qurulmuşdur və əhali 24 fasiləsiz içməli su ilə təmin olunmuşdur.
Qeyri-neft sektorunun inkişafı, aqrar sahənin canlandırılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin atdığı mühüm addımlar Füzuli rayonunda da öz müsbət nəticələrini verməkdədir. Bildiyimiz kimi rayonumuz tarixən aqrar rayon olub. Məhz bu səbəbdən aqrar sahənin inkişafı ilə bağlı görülən mühüm işlər bizim rayonumuzda uğurlu nəticələr verib. Ənənəvi təsərrüfat sahələrindən olan taxılçılq, baramaçılıq, pambıqçılıq dirçəldilmiş, camaatımızın yaşayış səviyyəsinin yüksəlməsi təmin olunmuşdur. Son illərin statistikasına nəzər salsaq görərik ki, rayonumuzda hər il 100 min tondan yuxarı taxıl istehsal olunur. Füzuli kümçüləri son 3 il ərzində rayonumuzda 120 tona yaxın barama istehsal ediblər. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz.
Rayonumuzun ərazisində 2700 ha ərazini əhatə edən aqroparkın salınması, iri taxılçılıq təsərrüfatlarının yaradılması, yeni Barama Qəbulu Məntəqəsinin tikilməsi məhsuldarlığın artmasına təkan verən amillərdəndir.
Bəllidir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Zəfəri ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. 30 ilə yaxın düşmən əsarətində qalmış digər ərazilərimiz kimi Füzuli şəhəri və 61 kəndimiz düşməndən azad edildi. Biz Füzulilərin doğma el-oba, vətən həsrətinə son qoyuldu. İndi artıq dövlətimiz tərəfindən rayonumuzun işğaldan azad edilmiş ərazilərində tikinti-quruculuq, bərpa işləri aparılır. Ərazimizdə nəhəng nəqliyyat infrastrukturu yaradılır, magistral yollar, həmçinin xüsusi strateji əhəmiyyətə malik Horadiz- Ağbənd dəmir yolu çəkilir. İşğaldan azad edilmiş ərazilərdə ilk Beynəlxalq Hava Limanı da məhz bizim rayonda tikilir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Füzuli yarımstansiyasının açılışı artıq reallaşıb. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. ErmənilərinKəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşılenerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, b aşqa şirkətlər üçün də bu, bir siqnaldır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının sürətli bərpası davam edir. Aydın məsələdir ki, bütün bu işlər böyük maliyyə vəsaiti tələb edir. Ölkəmizin güclü iqtisadi potensiala malik olması və bu potensialın düzgün istiqamətləndirilməsi, valyuta ehtiyatlarımızın artırılması, qeyri neft ixracının artması nəticəsində bütün bu işləri həyata keçirtmək mümkün olur. Bu gün ölkəmizdə bütün xərclərə ciddi nəzarət mövcuddur. Nəticədə israfçılığa, lazımsız xərclərə yol verilməsi mümkün deyil.
Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmiş, möhtəbər beynəlxalq təşkilatların və şirkətlərin Azərbaycana olan marağı artmışdır. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq işlərinə xarici şirkətlər də qoşulmuşlar. Xüsusilə qardaş Türkiyə dövlətinin şirkətləri azad edilmiş ərazilərimizin bərpasında fəallıq nümayiş etdirirlər. Bu isə ölkələrimiz arasında tarixi köklərə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.
Əminik ki, dövlət başçımızın uğurlu siyasəti, artan iqtisadi gücümüz sayəsində Qarabağda aparılan quruculuq işləri tez bir zamanda müvəffəqiyyətlə yekunlaşacaq. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Füzuli rayonu da həm iqtisadi cəhətdən, həm turizm imkanlarının genişlənməsi baxımından yüksək tərəqqi dövrü yaşayacaqdır.
Rafiq Məstəliyev
Füzuli rayon Statistika idarəsinin rəisi
Bu xəbər üçün şərh yazın