"Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq" - Gürcüstan XİN
Gürcüstan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident” və “parlament” seçkilərini tanımır.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Sənəddə Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub: “Gürcüstan Dağlıq Qaraba münaqişəsinin yalnız sülh yolu və beynəlxalq səviyyədə qəbul edilmiş norma və hüquq prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır”./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın