“Azərenerji” “Azərişıq” ASC-ni təkzib etdi:

“Azərenerji” “Azərişıq” ASC-ni təkzib etdi: "Təmir işləri aparılsa belə, bu, enerji təminatında fasiləyə səbəb ola bilməz"

“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Strateq.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: “Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər”.

Qeyd edək ki, Masazırda işıq verilişində fasilə yaranacağı haqda açıqlamanı bu gün “Azərişıq” ASC  yayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər