“AzerGold” QSC sentyabr ayında ən irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC sentyabr ayında ən irihəcmli ixracını həyata keçirib 

Qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ilin sentyabr ayında fəaliyyət dövrü ərzində ən böyükhəcmli ixrac əməliyyatlarını həyata keçirib.

Belə ki, QSC cari ilin sentyabr ayında icra etdiyi iki ixrac əməliyyatı nəticəsində xarici bazarda 13.3 min unsiya qızıl və 15.8 min unsiya gümüşün satışına nail olub. Bu ixrac əməliyyatları nəticəsində “AzerGold” QSC fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.

Faktinfo.az xəbər verir ki,2023-cü ilin yanvar-sentyabr aylarında isə QSC tərəfindən 38.3 min unsiya qızılın hasilatı, 36.4 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 6%, qızıl ixracı planı isə 30% artıq icra edilib.Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%ixracda isə 4.4% daha artıq hədəfdir.

 

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə hasilat və ixrac göstəriciləri

 
2022-ci il
2023-cü il
Ötən ilin ilk 9 ayı ilə müqayisə
Cari ilin ilk 9 aylıq planı ilə müqayisə
Qızıl hasilatı
42,731 Oz
38,341 Oz
10%↓
6%↑
Gümüş hasilatı
139,908 Oz
89,437 Oz
36%↓
33%↑
Qızıl ixracı
39,079 Oz
36,384 Oz
7%↓
30%↑
Gümüş ixracı
116,561 Oz
77,355 Oz
34%↓
45%↑
Qızılın ixrac dəyəri
120,686,024 AZN
119,129,023 AZN
1%↓
56%↑
Gümüşün ixrac dəyəri
4,291,367 AZN
3,123,720 AZN
27%↓
91%↑
Cəmi ixrac gəliri
124,977,391 AZN
122,252,743 AZN
2%↓
57%↑

Daxili bazarda isə cari ilin ilk 9 ayı ərzində qızıl və gümüş satışından əldə edilən gəlir 15 milyon 825 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88% artım deməkdir.

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə daxili bazar satışları

 
2022-ci il
2023-cü il
Ötən ilin ilk 9 ayı ilə müqayisə
Qızılın daxili bazar satışı
2,394 Oz
4,316 Oz
80%↑
Gümüşün daxili bazar satışı
7,526 Oz
23,653 Oz
214%↑
Qızılın daxili bazar satış gəliri
8,078,655 AZN
14,836,180 AZN
84%↑
Gümüşün daxili bazar satış gələri
318,199 AZN
988,958 AZN
211%↑
Daxili bazar satışı üzrə cəmi gəlir
8,396,854 AZN
15,825,138 AZN
88%↑

Ümumi satış gəlirlərinə gəldikdə, ilk 9 ay üzrə QSC-nin ümumi satış göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb.

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə cəmi satış gəlirləri

 
2022-ci il 
2023-cü il
Ötən ilin ilk 9 ayı ilə müqayisə
Qızılın cəmi satış gəliri
128,764,679 AZN
133,965,203 AZN
4%↑
Gümüşün cəmi satış gəliri
4,609,567 AZN
4,112,679 AZN
11%↓
Cəmi gəlir
133,374,246 AZN
138,077,882 AZN
4%

 Cari ilin ilk 9 ayı üzrə hasilat və ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan “Çovdar”ın sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

2022-ci ilin hasilat, ixrac, daxili bazar satışları və 2023-cü ilin hasilat, ixrac, daxili bazar satışı planları

 
2022-ci ilin faktiki göstəriciləri
2023-cü ilin planı
2022-ci ilin faktı ilə 2023-cü ilin planının müqayisəsi
Qızıl hasilatı
62,060 Oz
62,500 Oz
1%↑
Gümüş hasilatı
223,059 Oz
108,259 Oz
51%↓
Qızıl ixracı
59,892 Oz
62,500 Oz
4.4%↑
Gümüş ixracı
193,536 Oz
108,259 Oz
44%↓
Qızılın daxili bazar satışı
3,584 Oz
5,684 Oz
58.6%↑
Gümüşün daxili bazar satışı
14,301 Oz
23,670 Oz
65.5%↑


Qeyd edək ki, 1 oktyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 93 milyon 794 min manata çatıb. Vəsaitin 1 milyard 49 milyon 249 min manatını ixrac gəlirləri, 44 milyon 544 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Faktinfo.az

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər