“Azəriqaz”ın Ucar xidmətinin 25 əməkdaşı işə çıxmaqdan imtina edib
"Azəriqaz”ın Ağsu Regional Qaz İdarəsinin Ucar rayon qaz xidmət sahəsinin 25 nəfərlik kollektivi tətil elan edib.
Bununla bağlı onlar sosial şəbəkədə paylaşım ediblər.
Xidmətin əməkdaşı Məmmədov İlkin Vidadi oğlu bildirib ki, Ağsu Regional Qaz İdarəsində Baş mühəndis Zaur Məmmədov tərəfindən təhqirə məruz qalıb və işdən azad edilib.
Buna etiraz edən Ağsu Regional Qaz İdarəsinin əməkdaşları işə çıxmaqdan imtina ediblər.
Onlar “Azəriqaz”ın rəhbəri Ruslan Əliyevə müraciət edərək məsələnin araşdırılmasını tələb ediblər./Azpost.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın