“Azərişıq” bir neçə rayonda gücləndirilmiş rejimdə işləyir- Goranboy, Tərtər və Bərdə...
Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-ü axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə "Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlərə başlanıb.
Faktinfo.az xəbər verir ki,bunu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, "Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür:
"Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan "199" Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, "Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır".
Bu xəbər üçün şərh yazın