“Azəristiliktəchizat” ASC kütləvi narazılıq yaradır...
“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.
Bu barədə ASC-dən açıqlama verilsə də, qurum vədinə əməl edə bilmədi. Səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb. Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir. Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verildi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın