“Azərkontrakt” Səhmdar Cəmiyyətində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Tədbirin əvvəlində Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Faktinfo.az xəbər verir ki,“Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədr müavini Güləddin Dadaşov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 28 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən dəhşətli qanlı faciələrlə bir sırada duran xalqımıza qarşı soyqırım törədib. Dünyada Xocalı soyqırımı 20-ci əsrin faciəsi kimi qiymətləndirilir. Həmin dövrdə xalqımız böyük bir müsibət yaşadı. Erməni vəhşiləri bir gecənin içində heç kimə aman vermədən yüzlərlə günahsız insanları vicdancasına qətlə yetirdilər, onların qanına bais oldular. Xocalı şəhəri yer üzündən silindi, minlərlə insan didərgin düşdü.Erməni daşnaqları bu soyqırırımı törətməklə dünyanın ən qəddar, qaniçən milləti olduqlarını növbəti dəfə nümayiş etdirdilər. Onların insan adı daşımağa layiq olmadıqları sülhsevər bəşəriyyətə bir daha aydın oldu. Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi həkk olundu.
Sədr müavini çıxışının davamında onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı faciəsi özünün tam siyasi-hüquqi qiymətini aldı, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmasi prosesi başlandı. Bu istiqamətdə fəaliyyət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox dünya ölkələrdə keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır. Bu siyasətin əsası hələ 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisdə- Xocalıda baş vermiş hadisələrin geniş təhlili zamanı fevralın 26-ı “Xocalı Soyqırımı Günü” elan edilməklə təməli qoyulub.26 fevral Xocalı Soyqırımı Gününün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət ünvanlanıb.
Hazırda hər il fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinin anma mərasimi dövlət başçımızın iştirakı ilə yad edilir, Bakı şəhərində ucaldılmış “Ana fəryadı” abidəsinin önünə əklillər qoyulur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəşər tarixində misli görünməmiş cinayət barədə demişdir: “Xocalı soyqırımı, genosidi-bunun adı belədir!” Bir gecənin içində 613 nəfərin məhv edilməsi, 1000 nəfərdən artıq yaralı, 1275 nəfər dinc sakinin girov götürülməsinin başqa cür qiymətləndirilməsi ola bilməz.
Sadr müavini Güləddin Dadaşov çıxışının sonunda onu da bildirdi ki, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin strukturunda fəaliyyət göstərən təşkilatlarda Xocalı soyqırımı qurbanlarının xatirəsinin anma mərasimləri keçirilir, şəhidlərin məzarları ziyarət olunur və əklillər qoyulur. Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşadılır.
Bu xəbər üçün şərh yazın