“Azərsu” əməkdaşı iş yerində intihar etdi

“Azərsu” əməkdaşı iş yerində intihar etdi 

Bakıda intihar hadisəsi baş verib.

“Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində – Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.

Azərsu”nun əməkdaşının intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a açıqlamasında Səbail rayon Su Kanal İdarəsin əməkdaşının intihar etməsi faktı ilə bağlı həmin idarənin rəisi ilə əlaqə saxladığını bildirib: “Rəislə danışmışam. Hadisə dünən (srağagün-red) olub. Mərhum bir neçə ildir ki, Səbail rayon Su Kanal İdarəsində maşınist işləyirdi. Rəhbərliklə hansısa problemi olmayıb. Ailəli olub, 2 körpə uşağı var idi”.

A.Cəbrayıllı intiharın səbəblərini bilmədiyini deyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi