AZƏRTAC-ın keçmiş əməkdaşı özünə qəsd etdi
AZƏRTAC-ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib.
Yeniavaz.com xəbər verir ki, keçmiş müxbir intihar etməzdən əvvəl bu barədə feysbuk profilində yazıb.
“Vəssalam. Məni aldatdılar. Artıq stimulum yoxdur. Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, “Azertac News Agency”nin keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaiti mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir. Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim. İş üçüncü dəfə absurd qərarla yenidən Apellyasiya Məhkəməsinə və bir ay geri tarixlə dünən göndərildi. Olmadı. Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qadındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm. Bu, ikinci cəhdim olacaq və bu dəfə bitəcək. Səbəbkarlar cəzalarını alsınlar”, - A.Əliyeva bildirib.
A.Əliyevanın həyat yoldaşı, tanınmış jurnalist Teymur Əliyev Qafqazinfo.az-a açıqlamasında həyat yoldaşını huşsuz vəziyyətdə xəstəxanaya çatdırdığını deyib:
“Bu gün səhər işdən evə gələndə həyat yoldaşımın huşsuz vəziyyətdə qaldığını gördüm, yanında dərman qabları var idi. Nə qədər çalışsam da, onu oyada bilmədim, təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirmişik. Mənə hələ ki, heç nə deməyiblər, həkimin çıxıb məlumat verməsini gözləyirik”.
Bildirilib ki, o, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra A.Əliyeva “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib.
Bu xəbər üçün şərh yazın