Azneft İB Nərimanov adına NQÇİ-də baş verən ölüm hadisəsinin TƏFSİLATI

Azneft İB Nərimanov adına NQÇİ-də baş verən ölüm hadisəsinin TƏFSİLATI 

"İşçinin ölüm səbəbinin aydınlaşdırılmasına kim və niyə mane olur?

İşçi nədən ölüb? Günah hansı qurumdadı? Prokurorluq orqanları, DƏMX, yoxsa Nərimanov adına NQÇİ-nin sahə üzrə məsul şəxsləri?" DİA.AZ xəbər verir ki, bu etirazla haqqı tapdanan neftçi ailəsi çıxış edir.

Daha sonra müraciətdə deyilir: "2021-ci il avqust ayının 16-da Azneft İB Nərimanov adına NQÇİ-də ölüm hadisəsi baş vermişdi. Və idarə rəhbərliyinin ailə üzvülərinə verdiyi məlumata görə neftçıxarma operatoru Sultaliyev Ramazan Əlibəy oğlu iş yerində infarktan dünyasını dəyişib., Sultaliyev Ramazanın övladları isə buna şübhə ilə yanaşıb. Onlar öz şübhələrini, atalarının bədənində olan qançırlara, kəsintiyə ,bu faktları təsdiq edən şəkillərə , bir neçə gün əvvəl ataları ilə olan telefon bağlantısına, idarədən onlara verilən fərqli məlumatlara, və s.istinad ediblər.

Atalarının iş yerində hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün Sultaliyev Ramazanın övladları .Respublika prokurorluğuna, Bakı şəhər prokurorluğuna, Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Övladı bildirir ki: Müraciətlərimə diqqətli yanaşılmadığı üçün Bakı Şəhər prokurorluğuna yenidən müraciət etdikdən sonra 25.11.2021-ci ildə Bakı şəhər Prokurorluğu işin araşdırılması üçün Qaradağ rayon prokurorluğuna göstəriş verdi . Prokurorluqdan cavab gəlmədiyi üçün ,bu ilin may ayında işin nəticəsini öyrənmək üçün Qaradağ rayon prokurorluğuna müraciət etdikdə , işə xitam verildiyini, ölüm səbəbini isə infarkt olduğu bildirildi. 


2022-ci ilin mart ayında Dövlət Əmək Müfəttişliy Xidmətinin rəis müavini Ülvi Hüseynovun imzası ilə gələn məktubda qeyd olunurdu ki,. baş verən bədbəxt hadisənin tədqiqatı aparılır və sizinlə əlaqə saxlayaraq nəticə barədə cavab veriləcək.

Sığorta şirkətinə edilən müraciətə cavab olaraq bildirdilər ki,idarə bizə işçinin ölümü barədə heç bir məlumat verməyib.
Ailəyə çörək gətirən atam olub .Mən (mən özüm xəstəyəm, ağır işdə işləyə bilmədiyim üçün) və anam ondan asılı idik. N.Nərimanov adına NQÇİ-yə müraciət etdim ki, məni işə qəbul edin. İdarə rəhbəri Qoçəli Mahmudov məni işə götürə bilməyəcəyini dedi.

İstəyirəm hamı görsün ki, işçini necə qiymətləndiriblər, 38 ilə yaxın vicdanla işləyən, işi vaxtında və mükəmməl yerinə yetirən işçinin qarşısında hansı məsuliyyət daşıyırlar".

Azneft İB Nərimanov adına NQÇİ-də baş verən ölüm hadisəsinin TƏFSİLATIAzneft İB Nərimanov adına NQÇİ-də baş verən ölüm hadisəsinin TƏFSİLATI
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi