"Aztelekom" düzəlmir ki, düzəlmir... - Ağstafada sakinlər internet xidmətinin təmin olunmamasından gileylənirlər
"Şikayətim "Aztelekom"dandır.
Ölkədə at oynadan şirkətlərdən biridir ki, rayonlarda internet xidmətinin böyük bir hissəsini öz əlində cəmləyib. Bu provayder rayonlarda demək olar ki, digər provayderlərin xidmət göstərməyini əngəlləyir". DİA.AZ bildirir ki, bu sözləri öz müraciətində Emin Kərimov yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Onlara mövcud ATS-lərdə avadanlıq quraşdırmağa müxtəlif yollarla meneə törədir və nəticədə abonentlər "Aztelekom"un özü kimi zay internetinə möhtac qalır və hər gün "keyfiyyətli" internetin yaratdığı çətinliyə görə əsəb yaşayır.
Qaynar xətlərinə müraciət edirsən, yönləndirir ATS-ə. ATS-ə düşmək üçün gərək 2-3 saat dayanmadan zəng edəsən ki, "qəbul"a düşə biləsən. Nəhayət bir nəfər dəstəyi qaldırır və deyir siz bu nömrənin sonu 49 olanın yığın. onlar baxır və beləcə vaxt gedir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ya bu şirkətə sözün keçirdə bilmir ya da elə özünün də marağındadır ki, rayonlarda böyük pay "Aztelekom"un olsun".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Faktinfo.az xatırladır ki,internet xidmətinə qoşulmaq istəyən,amma avadanlıq çatışmazlığı səbəbindən bəzi Ağstafa rayon sakinləri də narazılıq edir.Kəndlərdə interneti olmayan insanların onlayn dərslərə qoşula bilməyən övladları savadsız böyüyür.Rayon rəhbərliyi də həlli vacib bu problemə hələki biganə yanaşır.
Bu xəbər üçün şərh yazın