AzTU-nun tədris hissəsinin müdiri nöqsanlara görə işdən çıxarılıb
Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Universitetdən Report.az-a verilən məlumata görə, həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.
Qəmər İsayeva bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın