“Azza“ köhnə məhsul satır? - Pişik Güneldən şok ittiham

“Azza“ köhnə məhsul satır? - Pişik Güneldən şok ittiham - Video

Un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi “Azza” şirniyyat evindən şikayət var.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə şirniyyat evi vətəndaşa köhnə məhsul satıb.

Məsələyə müğənni Günel Ələkbərova (“Pişik” Günel) da münasibət bildirib. İfaçı sosial şəbəkə hesabında görüntüləri paylaşaraq mağazanı sərt şəkildə qınayıb:

“Bu da Biləcəridə yerləshən “Azza” silsiləsindən. Sizə də göz dəydi? Yoxsa necə? Ay bala, camaatı niyə zəhərləyirsiniz? Camaat pul verir ki, şirniyyat alıb evlərinə, balalarına aparsın. Zəhərlənmək üçün almır axı. Vicdan yaxşı şeydir axı”.

Həmin görüntüləri təqdim edirik: 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi