Bakı Dövlət Sirki mövsümün açılışına hazırlaşır

Bakı Dövlət Sirki mövsümün açılışına hazırlaşır 

Sirk proqramı noyabrın 20-dək şəhərimizdə olacaq.

Oktyabrın 27-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı münasibətilə dünyaca məşhur “Nikulinin Qızıl Sirki” böyük heyətlə sirksevərlərin görüşünə gəlir.

Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama hava gimnastları, akrobatlar, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, jonqlyorlar, şən kloun və digər maraqlı nömrələr daxildir.

Qeyd edək ki, iki saatlıq sirk proqramı noyabrın 20-dək şəhərimizdə olacaq.

Biletləri sirkin kassalarından əldə etmək olar. (Azərtac)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi