BAKI ŞƏHƏR DYP-nin RƏİSİ TƏQAÜDƏ GÖNDƏRİLDİ –DİN-də daha bir mühüm dəyişiklik
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Bakı şəhər Baş Polis İdarəsindən APA.az-a faktı təsdiqləyiblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın