Bakı Slavyan Universitetindən tələbələrə GÜZƏŞT - Diqqət!
Bakı Slavyan Universitetində (BSU) xüsusi karantin rejiminin tətbiqi və bölgələrdən distant təhsilə qoşulma imkanları nəzərə alınaraq tələbələr üçün bir sıra güzəştlərin edilməsi qərara alınıb.
BSU-nun mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimli Lent.az-a bildirib ki, dərslərdə iştiraka görə davamiyyət limiti 25 faizdən 50 faizədək artırılıb:
“Eləcə də yaz imtahan sessiyası müddətində fərdi və alt qruplarda, fənni təkrar dinləmədən akademik borclarını ləğv etmiş və Dövlət attestasiyası öncəsi 3 akademik borcu qalmış buraxılış ili tələbələrinə bu borcların (ÜOMG əsasında) bağışlanılması,
- Buraxılış ili tələbələrinin pedaqoji və istehsalat təcrübəsi üzrə attestasiyadan azad olunması,
- Təcrübənin nəticələri üzrə qiymətləndirmənin ÜOMG əsasında aparılması. ÜOMG göstəriciləri aşağı olan tələbələrin təcrübə üzrə ballarının cəminin 51 bal hesab edilməsi,
- Buraxılış ili tələbələrinin Tibbi biliklər üzrə buraxılış imtahanından azad olunması (ÜOMG əsasında),
- İxtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq, “Jurnalistika”, “Tərcümə” və “İbtidai sinif müəllimliyi” ixtisas-larında şifahi imtahanlarla yanaşı, yazılı imtahanlar təşkil olunması da qərara alınıb”.
Bu xəbər üçün şərh yazın