Bakıda 22 yaşlı oğlan "patı" qəbul etdi, öldü
Bakıda gənc oğlan yüksək dozada narkotik maddə qəbul etməsi nəticəsində ölüb.
Hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydə alınıb.
Həmin küçədəki evlərdən birində yaşayan 22 yaşlı F.B. yüksək dozada metamfetamin ("patı") qəbul etməsi səbəbindən vəfat edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın