"Bakıda çoxərtəbəli binalardakı əsas təhlükədən biri də giriş mərtəbəsindədir"

"Bakıda çoxərtəbəli binalardakı əsas təhlükədən biri də giriş mərtəbəsindədir" 

"Çoxərtəbəli binalardakı əsas təhlükə onların giriş mərtəbəsindədir.

Həmin mərtəbədə əsas qeyri-yaşayış sahələri olur, ticarət obyektləri, və ara kəsmə divarları da demək olar, yoxdur, yalnız beton sütunlardır. Onu da qeyd edim ki, yüngül olsun deyə, ara kəsmələrdə istifadə olunan kərpiclərin təzyiqə qarşı hansısa müqavimət gücü yoxdur".

 Bunu ekspert Fərhad Mehdiyev bildirib.

 "Giriş mərtəbəsində sağlam divarlar olmayınca, mövcud beton sütunların nə qədər dözümlü olacağı sual yaradır. Bir sallanma halında həmin sütunlar üstündəki ağırlığın da təsirilə dərhal qırılır və çökən binada üst hissə nə qədər sağlam olsa da hər şey dağılır. O cür binalarda FHN giriş və ikincə mərtəbələrdə əlavə gücləndirici vasitələr quraşdırılmasını tələb etməlidir. Bu yerinə görə divar, əlavə dəmir konstruksiya, ya da sütunların qalınlaşdırılması ola bilər", - F.Mehdiyev qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi