Bakıda evlərin qiyməti bahalaşacaq? –Ekspertdən proqnoz

Bakıda evlərin qiyməti bahalaşacaq? –Ekspertdən proqnoz 

Oktyabr-noyabr aylarında Bakıda daşınmaz əmlak bazarında qiymətlərin artacağı proqnozlaşdırılır,amma...

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında qiymətlərdə stabilləşmə olur, ancaq oktyabr-noyabr aylarında artım olur.

O qeyd edib ki, bu baxımdan sentyabr ayının yekunu qiymət artımı ehtimal edilmir, ancaq oktyabr-noyabr aylarında danşınmaz əmlak bazarında 4 faizə yaxın qiymət artımının olacağı proqnozlaşdırılır.

N.İbrahimov əlavə edib ki, həm ilkin, həm də təkrar mənzil bazarında da qiymətlərin artacağı istisna deyil.

Ekspertin sözlərinə görə, avqust ayında ilkin mənzil bazarında qiymətlər 2 faiz azalıb, təkrar mənzil bazarında isə qiymətlər 1,65 faiz artıb.

Faktinfo.az  xəbər verir ki,ilin hansı fəslinin olmasından aslı olmayaraq yaxın iki ildə torpaq və daşınmaz əmlak bazarında qiymət artımı gözlənilmir.Bunu onunla izah etmək olar ki,artıq Rusiya bazarlarında çalışan soydaşlarımız  Moskva və ətraf şəhərlərdən ev almağa başlayıblar.Çünki,evlər Rusiyada son üç ayda ucuzlaşmağa başlayıb.

Ölkə vətəndaşlarının mütləq əksəriyyətinin  məvacibi isə ərzaq məhsulları üçün yetərlidir.Belə olduğu halda evlərin qiyməti necə bahalaşa bilər ,ekspertlər bundan danışsın.Evlər bahalaşacaq,demək ajeotaj xarakterli də ola bilər ki,hazırkı şəraitdə belə açıqlamalar suni amillərlə bağlıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi