Bakıda məhkəmədə qan töküldü:təqsirləndirilən şəxslər ülgüclə özlərini doğradı
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər ülgüclə özlərinə xəsarət yetiriblər.
Məhkəmədən bildirilib ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıb.
Daha sonra hakim zaldan çıxıb və Penitensiar Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. Onlar təqsirləndirilən şəxsləri tibbi hissəyə çatıdırılıblar.
Bildirilib ki, təqsirləndirilən şəxslərin özünə xəsarət yetirməsi nəticəsində ölüm halı baş verməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 nəfər dəstə üzvləri terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilirlər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın