Bakıda mitinq üçün icra hakimiyyətinə müraciət edildi

Bakıda mitinq üçün icra hakimiyyətinə müraciət edildi 

Müasir Müsavat Partiyası sentyabrın 22-nə mitinq təyin edib.

Bu barədə Report.az-a partiyadan məlumat verilib.

Bildirilib ki, mitinqin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Qeyd olunub ki, mitinqin keçirilməsində məqsəd Azərbaycanda söz və sərbəst toplaşma azadlığının olmamasını iddia edərək ölkənin nüfuzuna xələl gətirən bəzi qüvvələrə etiraz etməkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər