Bakıda özünü çoxmərtəbəli binadan atan qız UNEC-in tələbəsi imiş

Bakıda özünü çoxmərtəbəli binadan atan qız UNEC-in tələbəsi imiş 

Dekabrın 8-nə keçən gecə Yasamal rayonu ərazisində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında özünü çoxmərtəbəli binadan atan qızın tələbə olduğu üzə çıxıb

 Lent.az xəbər verir ki, özünü 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili aldığı məlum olub. 

Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Bildirilir ki, 24 yaşlı qızın atası yeni rəhmətə gedib. Bundan sonra o, dərin sarsıntı keçirib. İntihar faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

 Hadisənin dəqiq səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər