Bakıda qəlyan çəkilən kafe və restoranda reyd keçirildi- Qadağanı pozanlar aşkarlandı
Bakı Şəhər Ticarət və Xidmət Departamenti Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edir.
Qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, hələ də bəzi kafe və restoranlarda bu hallara rast gəlinir.
Belə ki, Səbail rayonunda “Sehirli Çıraq” kafesində, “Ağ ev” restoranında və bəzi digər obyektlərdə reydlər zamanı belə hallar aşkarlanıb.
Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.
“Təəssüf ki, bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşların hətta öz işçilərinin və yaxınlarının sağlamlığından daha üstün tutulur. Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdirilir”, – məlumatda qeyd olunub./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın