Bakıda “Range Rover” piyadanı vurdu, digər maşın üstündən keçdi

Bakıda “Range Rover” piyadanı vurdu, digər maşın üstündən keçdi 

Bakıda dəhşətli yol qəzası baş verib. Bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib.

Aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib./Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər