BAKIDA ŞOK: PAYTAXTIN MƏRKƏZİNDƏ "POZĞUN QADINLAR KÜÇƏSİ"Nİ KİM YARADIB?-FOTO

BAKIDA ŞOK: PAYTAXTIN MƏRKƏZİNDƏ "POZĞUN QADINLAR KÜÇƏSİ"Nİ KİM YARADIB?-FOTO 

"Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi"nin sədri, ilkxeber.org saytının baş redaktor müavini Vasif Sadıqlı hamımızı düşündürən bir status paylaşıb.

"Təzadlar" paytaxt və ölkə əhalisi üçün ictimai əhəmiyyət kəsb edən bu məlumatı təqdim edir:
"BAKIDA BUNU DA GÖRDÜK. BU BİABIRÇILIĞA SON QOYULACAQMI? Bu foto elə bu gün Əlövsət Quliyev küçəsində çəkilib. Bu lövhədə “Amsterdam hostel” yazılıb. “Hostel” balaca otel deməkdir. Qırmızı hərflərlə isə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi”, yəni (çox-çox üzr istəyirik) pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib. Hostelin Amsterdam adlandırılması da təsadüfi deyil. Deyilənə görə, bu ənənə XVII əsrdə Amsterdamda yaranıb. İntim xidmət göstərən qadınlar əllərində içməli su və qırmızı fənər bununla başqalarına hər kəs üçün əlçatan olduqlarını işarə edərdilər. Çox yüksək maaş alan və uzun müddət dənizdə olan dənizçilər şəhərə qayıdanda artıq əlçatan tərəfdaş tapmaq üçün dağa-daşa düşməzdilər. Sonrakı dövrlərdə qırmızı fənərlər məlum xidmət obyektlərində qırmızı işığa çevrilir. Nəhayət, tərsanəyə yaxın olan ərazi qırmızı fənərlər rayonu kimi məşhurlaşır. Görəsən, bu ərazidə yaşayan sakinlər bu obyekt sahibinin onları yaşadığı ərazini pozğun qadınlar rayonu elan etdiyindən xəbərdardırmı? Müvafiq dövlət orqanları ölkədə bu cür fəaliyyətin (intim xidmət) qanunla qadağan olunduğundan bixəbərdirmi? Yoxsa orda nə yazıldığının fərqində deyillər. Ya da obyekt sahibinə dişləri batmır...".
İnanaq ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürüləcək, tədbir görüləcək.
Təqdim etdi: SƏBUHİ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər