
Bakıda tarixi bina rəngləndi – “Bu, təsadüfi insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilmələrinin nəticəsidir” - FOTO
“Bir neçə il əvvəl, Bakının Mərdanov Qardaşları küçəsindəki binanın gözəlliyindən yazmışdım.
Təəssüf ki, bu gün o gözəllik yoxdur: ötən gün fasadın detalları tamamilə ləğv edib suvaq ilə örtüblər, tarixi binanın bir hissəsini rəngləyiblər.
Üstəlik, bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur, bunu Qanunun 135-ci səhifəsindəki 3265 nömrəli yazı sübut edir!”
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış memar Elçin Əliyev bildirib.
E.Əliyev qeyd edib ki, memarlıq abidələrinin mühafizəsi sahəsində tam qarışıqlıq vüsət almaqda davam edir: “Bu, səriştəsiz, təsadüfi, mövzudan uzaq insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilməsinin nəticəsidir. Yazıq, təhqir olunmuş Bakı! Min illik tarixi olan, taleyi “memarlıq” fırıldaqçılarının əlində olan qədim şəhər!”
FOTOLARI TƏQDİM EDİRİK:












Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın