Bakıda yeni tikilən binalarda mənzillər neçəyədir? –Qiymətlər açıqlandı

Bakıda yeni tikilən binalarda mənzillər neçəyədir? –Qiymətlər açıqlandı 

Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri məlum olub.

“Trend” xəbər verir ki, bu gün Bakı şəhəri ərazisində ölkənin tikinti şirkətlərinin təklif etdiyi 193 yaşayış kompleksində mənzil almaq olar.

2018-ci ilin sentyabr ayının nəticələrinə görə, Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir.

Əgər yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Səbail rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti 900 AZN təşkil edir.

Bakı şəhərinin rayonları üzrə mənzillərin orta qiyməti:



Səbail2950 AZN/m2
Nəsimi2050 AZN/m2
Xətai2030 AZN/m2
Nərimanov1900 AZN/m2
Yasamal1760 AZN/m2
Nizami1420 AZN/m2
Binəqədi1380 AZN/m2
Sabunçu1300 AZN/m2
Qaradağ1180 AZN/m2
Xəzər1050 AZN/m2
Suraxanı980 AZN/m2
Abşeron900 AZN/m2


Əgər inşa edilmiş evlər və hələ də inşaatda olan mənzillərin dəyərini müqayisə etsək, hazır mənzillərin qiyməti daha yüksək olacaq.

Artıq təhvil verilmiş hazır yeni mənzildə kvadrat metrin qiyməti 1580 AZN təşkil edəcək. Bakıda 2018-ci ildə təhvil verilmiş, həmçinin bu ilin sonuna tikintisi başa çatmaqda olan yeni tikili binalarında orta qiymət 1430 AZN təşkil edir. İnşa olunan və 2019-cı ildə başa çatacaq yaşayış komplekslərində orta qiymət 1370 AZN-ə bərabərdir.

Qeyd edək ki, araşdırma “Flatfy” şirkəti tərəfindən aparılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər