Banklarda dollar depozitləri sürətlə azalır - Əhali manatla faiz qazanmağa üstünlük verir

Banklarda dollar depozitləri sürətlə azalır - Əhali manatla faiz qazanmağa üstünlük verir 

Azərbaycanda əhali dollarda depozitlərini geri çəkib, milli valyutada qoymağa daha çox meyllənib. Fiziki şəxslərin əmanətlərinin həcmi 1 dekabr 2021-ci il tarixinə 9.05 milyard manat olub.

2021-ci ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitlərinin həcmi 873.82 milyon, yaxud 10.7% artıb. Son bir ayda isə əhalinin banklardakı depozitlərinin həcmi 164.28 mln. manat, yaxud 1.8% təşkil edib.

Fiziki şəxslərin depozitlərinin 5 267.7 milyon manatı müddətli (yəni faiz almaq müqabilində banka yerləşdirilmiş) və 3 613.2 milyon manatı isə tələbli olub.

Əhalinin depozitlərinin həcmi milli valyutada daha kəskin artıb. Məsələn manatda olan depozitlərin həcmi son bir ayda 4.2%, ilin əvvəlindən isə 1 227.67 mln. manat, yaxud 30.5% artaraq 5 254.8 mln. manata yüksəlib.

Xarici valyutada isə ilin əvvəlindən baş verən eniş davam edir. Beləliklə, xarici valyutada depozitlərin həcmi son bir ayda 1.2% (47.10 mln. manat), ilin əvvəlindən isə 8.5% (353.84 mln. manat) azalaraq 3 796.9 mln. manata düşüb. /banker.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi