Baş Prokurorluqdan atası qətlə yetirilən Elnarə Bəkirovanın müraciətinə

Baş Prokurorluqdan atası qətlə yetirilən Elnarə Bəkirovanın müraciətinə -CAVAB

Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan və aprel ayında qətlə yetirilən Kamran Bəkirovun qızı Elnarə Bəkirova iddia edir ki, atasının qətli ilə bağlı istintaq qeyri-obyektiv aparılıb.

Bu barədə yaydığı videomüraciətində Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskini işə laqeyd yanaşmaqda günahlandıran E.Bəkirova deyib ki, prokuror heç bir vəsatətə aydınlıq gətirmədən zərərçəkmiş ailəyə rədd cavabı verib, bildirib ki, adı çəkilən deputatın yaxın dostudur (E.Bəkirova bildirir ki, qətli törətməkdə şübhəli bilinən şəxslər deputatlardan birinin yaxın qohumudur - red), buna görə də onunla bağlı heç bir vəsatətə baxmayacaq. E.Bəkirova iddia edir ki, atasının qətlə yetirilməsində üçüncü şəxsin də əli var.

 Məsələ ilə bağlı Pravda.az Baş Prokurorluğa sorğu ünvanlayıb.

 Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən açıqlama isə belə olub: “Qeyd olunan cinayət işi üzrə istintaq hazırda Sabunçu Rayon Prokurorluğunda davam etdirilir”.

 

Xatırlatma: K.Bəkirov rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır. 1954-cü il təvəllüdlü K.Bəkirov aprelin 6-da üzərində olan 300 min manatla itkin düşüb. İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi