Baxçalıdan NATO ilə bağlı sərt mövqe: Çıxa da bilərik!

Baxçalıdan NATO ilə bağlı sərt mövqe: Çıxa da bilərik! 

İsveç PKK-nın aparıcı silah tədarükçüləri sırasındadır. Xüsusilə İsveç Şimali Avropada separatçı terrorun inkubatorudur. İkinci Qəndil dağı İsveçdədir.

Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib.

“İsveç və Finlandiyanın Türkiyəyə qarşı sanksiya tətbiq etdiyi məlum olduğu halda, hansı hüquqla bu iki dövlətlə NATO çətiri altında bərabər məsuliyyətli yer almağımız gözlənilir?

Əgər Rusiya Ukraynada öz məqsədlərinə çatsaydı, İsveç və Finlandiya NATO-ya üzvlük məsələsində indiki qədər həvəsli olmayacaqdı. Bu iki ölkənin NATO üzvü olması mümkün deyil.

NATO ilə var olmadıq, NATO-suz da yox olmarıq. Lazım gələrsə, hətta NATO-dan çıxmaq da gündəmə gətirilə bilər”, - Baxçalı bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi