Bayden indidən Ərdoğana qarşı çıxdısa... - AKP

Bayden indidən Ərdoğana qarşı çıxdısa... - AKP 

Baydenin açıqlamalarının bizə verdiyi bir ipucu var.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü (AKP) Ömər Çelik ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, 15 İyul hadisələrinin baş verdiyi dövrdə Ağ Ev çevrilişə qarşı çıxmaqda və Türkiyənin seçkilər yolu ilə seçilmiş rəhbərliyinə dəstək olmaqda çətinlik çəkib:

“İstər seçkilərlə hakimiyyətə gəlsin, istərsə də gəlməsin - kimdən xoşları gəlmir, ona qarşı çıxırlar. Bayden “Ərdoğan dəyişməlidir. Onunla mübarizə aparacağam” deməklə sözün hara getdiyini anladı. Daha sonra isə “Nəzərdə tutduğum çevriliş deyil” söylədi. O, hərbi qiyamı dəstəklədiyini cümləsini bitirdikdən sonra anlayır. Bir siyasətçi üçün belə bir vəziyyətə düşmək çox çətindir”.

Ö.Çelik qeyd edib ki, prezidenti Türkiyə xalqı seçir:

"Bir sözlə: Ərdoğan demək - Türkiyə deməkdir. Sən Ərdoğanı “Mən ABŞ prezidentliyinə namizədəm” deyərək qarşına aldığın zaman Türkiyəni qarşına almış sayılırsan”.

Qeyd edək ki, ABŞ Prezidentliyinə namizəd Co Bayden Ərdoğanı hədəf seçib. O, müxaliflər və terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi